Uşaqlara əlavə müalicəbərpa xidməti göstəriləcək VİDEO


Digərləri 07 Mar 2018 21:23:00 266 0

Uşaqlara əlavə müalicəbərpa xidməti göstəriləcək  VİDEO

Məktəbəqədər təhsil müəssisələrində müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidməti göstəriləcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı Nazirlər Kabineti qayda təsdiq edib. Əlavə müalicə xidmətləri ödənişsiz olacaq. Yeni qaydaya görə, məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmət bu müəssisələrin tibb işçiləri və ya ərazi üzrə ambulator-poliklinika müəssisəsinin müvafiq tibb işçiləri tərəfindən göstəriləcək. 9 nömrəli uşaq poliklinikasının baş həkimi Aidə Hüseynzadənin sözlərinə görə, məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlar üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri icbari dispanserizasiyanı aparan dövlət tibb müəssisələri tərəfindən müəyyən ediləcək. Yeni qaydaya görə, uşaqlarda xəstəlik aşkar olunduğu zaman onun müalicəsi üçün valideynlər müxtəlif müəssisələrdə çalışan həkimlərə də müraciət edə bilərlər. Ancaq bunun üçün valideynin poliklinikadan təhkim olunmuş həkimə müalicə barədə məlumat verməsi vacib olacaq. Bununla da aparılan əlavə müalicə-bərpa tədbirləri barədə məlumatlar "Uşağın Dispanser Müşahidə Kartı"nda qeyd edilməklə yanaşı, Vətəndaşların Elektron Sağlamlıq Kartı Sisteminə də daxil ediləcək. Əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətləri ödənişsiz göstəriləcək.


Xəbərə aid video