İpoteka üçün sığorta tarifləri aşağı salına, bəzi


Digərləri 07 Mar 2018 21:11:00 305 0

İpoteka üçün sığorta tarifləri aşağı salına, bəzi

İpoteka kreditlərinin verilməsi zamanı tələb olunan həyat sığortasının qiyməti baha olduğundan ipoteka üçün aylıq ödənişlərin də həcmi artır. Buna görə sığorta şirkətləri həyat sığortası məbləğinin aşağı salınması ilə bağlı müzakirələr aparırlar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ipoteka ilə 50 min manatlıq ev alan şəxs həyat sığortası üçün hər il 250-500 manat arasında pul ödəyir. Bu da ümumilikdə ev üçün ödənilən vəsaitin təxminən 7-12 min manat artmasına gətirib çıxarır. Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Mustafa Abbasbəyli bəzi sığorta növlərinin stimullaşdırılması, bəzilərinin isə icbari, yəni məcburi olmasını da təklif edir. Onun sözlərinə görə, elə sığorta növləri var ki, o könüllü olduqda bir sıra problemlər meydana çıxır. Mustafa Abbasbəyli bildirir ki, sığorta şirkətləri hazırda bu yeni təkliflərlə bağlı fikir mübadiləsi aparırlar. Qısa zamanda təkliflər dəyərləndiriləcək və müsbət dəyişikliklərin olacağı gözlənilir.