Gül dükanlarında canlanma var VİDEO


Digərləri 07 Mar 2018 21:06:00 532 0

Gül dükanlarında canlanma var  VİDEO

8 Mart Beynəlxalq Qadınlar Bayramı ilə əlaqədar gül salonlarında canlanma var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, kimi əzizini təbrik etmək üçün bayrama bir gün qalmış hədiyyə almağa gəlir, kimi də sifariş etməyə. Satıcılar deyir ki, bayrama görə yaxınlarını təbrik etmək istəyənlərin çoxu sifarişlərini əvvəlcədən veriblər. Onların sözlərinə görə, maraq daha çox qızıl və çəmən güllərinədir. Qiymətlər fərqlidir. Hər cibə uyğun qiymətə gül dəstəsi almaq mümkündür. Ən bahalı gül isə orxideyadır. Hətta bahalı hədiyyələrə üstünlük verənlər də var. Elə xanımların da hədiyyə olaraq daha çox gözlədikləri şey güldür. Qeyd edək ki, 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 mart ölkədə qeyri-iş günüdür.