Bakıda qozfındığı nəm yerdə saxlayıb satırlar? VİDEO


Digərləri 07 Mar 2018 21:09:00 255 0

Bakıda qozfındığı nəm yerdə saxlayıb satırlar?  VİDEO

Novruz bayramı ərəfəsində qoz-fındığın keyfiyəti ilə bağlı bəzi iddialar ortaya çıxıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, iddialara əsasən qoz və fındıqdan daha çox gəlir götürmək üçün istehsalçılar uzun müddətdir ki, bir üsula əl atirlar. Bu qərzəkli meyvələri satışa çıxarmazdan əvvəl uzun müddət nəm yerdə saxlayırlar, yəni tam qurutmurlar. Belə olan halda nəm ləpə çəkidə daha ağır gəlir və alıcını aldatmaqla bir kq. qoz-findıqdan daha artıq gəlir əldə olunur. Azad İstehlakıçılar Birliyindən də bu fakt təsdiqini tapıb. Alıcılar da belə vəziyyətlə rastlaşdıqlarını deyirlər. Alıcılardan fərqli olaraq satıcılar belə bir halın mümkünsüz olduğunu deyirlər. Yaxşı qovrulmamış qərzəkli meyvədən istifadə etmək isə olduqca ziyanlıdır. Belə ki, nəm şəraitdə saxlanılan qoz-fındığın tərkibində daxili orqanlar üçün zərərli olan aflotoksin adlı maddə yaranır. Mütəxəssislərin fikrincə, bayram günlərində istehlakçıları aldatmaq istəyən işbazların çoxalacağını nəzərə alsaq, bazarlarda keyfiyyətə nəzarətin gücləndirilməsini vacib hesab edirlər.