Hər uşaq Hörümçək Adam ola bilər VİDEO FOTO


Digərləri 07 Mar 2018 20:35:00 289 0

Hər uşaq Hörümçək Adam ola bilər  VİDEO  FOTO

İngiltərənin Linkolnşir qraflığında yaşayan 34 yaşlı Trayan Dimsi "Spider Man" təki uzağa "hörümçək kəndiri" atmağa imkan verən mexanizm yaradıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "Air-Ropes" adlanan bu mexanizmin istehsalı üçün Kickstarter servisində kampaniyaya başlamış T.Dimsinin sözlərinə görə, 250 min funt-sterlinq həcmində investiyaya ehtiyacı var.

"Şübhə etmirəm ki, uşaqlar Marvel-in qəhrəmanı olan "Spider Man" təki havada yellənmək, özlərini "Hörümçək Adam" hiss etmək istəyəcəklər. Bu qacet tematik parkda attraksion da ola bilər", - T.Dimsi deyib.


Xəbərə aid fotolar