Musiqili Teatrda "Nurididə Ceyhun"un premyerası olacaq


Kriminal 07 Mar 2018 20:40:00 342 0

Musiqili Teatrda "Nurididə Ceyhun"un premyerası olacaq

Azərbaycan Dövlət Musiqili Teatrı 10 mart 2018-ci il  saat 19:00-da "Nuri-didə Ceyhun" - ikihissəli pyes-metaforasının premyerasını edəcək.

Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası 10 mart - Milli Teatr Günündə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim olunacaq.

İdeya müəllifi Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun" pyesi əsasında  hazırlanıb.

Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəylinin obrazının canlandırılacağı tamaşa  onun məşəqqətli mühacirət həyatından, Cümhuriyyətimizin keçdiyi çətin lakin, şərəfli mübarizə yolundan bəhs edir.