Azərbaycanda günəş batareyalı bel çantası hazırlandı


Digərləri 07 Mar 2018 20:12:00 264 0

Azərbaycanda günəş batareyalı bel çantası hazırlandı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri günəş batareyalarının quraşdırıldığı bel çantası hazırlayıb.

Son.az bildirir ki, bunu Trend-ə layihənin rəhbəri Rusif Hüseynov deyib.

Onun sözlərinə görə, çantanın əlavə akkumulyatorları var ki, onlar çanta günəşdə olarkən enerji yığacaq: "Çanta hərbi qurumlar tərəfindən, eləcə də uzun səhayətlər zamanı, mobil telefonların enerji yığması üçün istifadə oluna bilər. Hazırda biz ukraynalı tərəfdaşlarımızla birgə çantanın funksionallığını artıracaq layihə üzərində işləyirik".