Prezident İlham Əliyev Azərbaycanla Litva və Benilüks Dövlətləri arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında sazişi təsdiqləyib


Siyasət 07 Mar 2018 19:32:00 299 0

Prezident İlham Əliyev Azərbaycanla Litva və Benilüks Dövlətləri arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında sazişi təsdiqləyib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, saziş 2017-ci il oktyabrın 27-də Vilnüs şəhərində imzalanıb.

Dövlət başçısı həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Saziş 2017-ci il noyabrın 23-də Brüssel şəhərində imzalanıb.