Azərbaycanda xidməti pasporta malik şəxslər Litva və Benilüks ölkələrinə vizasız səfər edə biləcəklər


Siyasət 07 Mar 2018 19:07:52 277 0

Azərbaycanda xidməti pasporta malik şəxslər Litva və Benilüks ölkələrinə vizasız səfər edə biləcəklər

Prezident İlham Əliyev bununla bağlı sazişləri təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu"nu təsdiqləyib.

"Report" xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında” 2017-ci il noyabrın 23-də Brüssel şəhərində imzalanmış Saziş təsdiq edilib.

Bundan başqa, Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu"nu təsdiqləyib.

“Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2017-ci il oktyabrın 27-də Vilnüs şəhərində imzalanmış Saziş təsdiq edilib.