Bakının yol polisi qadın sürücüləri mükafatlandıracaq FOTO


Digərləri 07 Mar 2018 18:42:00 319 0

Bakının yol polisi qadın sürücüləri mükafatlandıracaq  FOTO

Bakının yol polisi 8 Mart Beynəlxalq Qadınlar Günündə qadın sürücüləri mükafatlandıracaq.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Bölmə rəisi qeyd edib ki, yalnız bu vaxta kimi barəsində heç bir cəza tədbiri görülməyən xanım sürücülər mükafatlandırılacaq: "Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu il də 8 Mart - Beynəlxaq Qadınlar Günündə paytaxt ərazisində təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin sayının aşağı salınması, təbliğat işinin gücləndirilməsi məqsədi ilə tədbir keçirəcək. Bayram günü olduğu olduğu üçün saxlanılan sürücü xanımlarla təbliğat xarakterli söhbətlər aparılacaq, eyni zamanda idarə etdiyi nəqliyyat vasitələri üzrə DYP-nin Mərkəzi Məlumat Sistemində olan informasiyalar yoxlanılacaq. İl ərzində inzibati xətası qeydə alınmayan, DYP əməkdaşları tərəfindən saxlanılmayan, barəsində inzibati tənbeh tədbiri seçilməyən xanım sürücülər Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən "Nümunəvi qadın sürücü" kimi elan ediləcək, onlar gül dəstəsi, müxtəlif hədiyyə və kuponlarla mükafatlandırılacaqlar".


Xəbərə aid fotolar