Musiqi məktəbinin şagirdləri təltif olunublar


Kriminal 07 Mar 2018 18:24:00 345 0

Musiqi məktəbinin şagirdləri təltif olunublar

Tofiq Quliyev adına 12 saylı Onbirillik Musiqi Məktəbinin M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilmiş hesabat konsertində uğurlu çıxışlarına görə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov məktəbin müəllim və şagird heyəti ilə görüşüb.

O, məktəbin kollektivini bu uğur münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində daha da böyük nailliyyətlər arzu edib. Sonra məktəbin şagirdləri: Prezident təqaüdçüsü Fidan Hüsynova, Mehin Zalıyeva, Kənan Bağırov, Zümrüd Əlizadə,Fatimə Mehdiyeva,Ayla Həsənova,Fidan Muxtarova, Əlirza cam Fərsadi, Zeyn Cəfərov, Ayan Aslanova, Ayan Məmmədli, məktəbin böyük xor kollektivi və rəhbəri Leyla xanım Zalıyeva "Fəxri fərman"larla təltif ediliblər.