“Kəpəz” - “Qəbələ” oyunu təxirə salındı


İdman 07 Mar 2018 18:00:00 332 0

“Kəpəz” - “Qəbələ” oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin 19-cu turunun bir oyunu təxirə salınıb. 

Goal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən, “Kəpəz” - “Qəbələ”oyunu 8 mart tarixdən 5 aprel tarixinə keçirilib.

Qeyd edək ki, əvəzedicilərin yarışında 18 turdan sonra aktivində 41 xal olan "Qəbələ" turnir cədvəlinə başçılıq edir. "Kəpəz" isə 10 xalla sonuncudur.