Kasilyas: "Anfield"də alqışlanmaq inanılmaz bir şeydir"


İdman 07 Mar 2018 17:32:00 262 0

Kasilyas: "Anfield"də alqışlanmaq inanılmaz bir şeydir"

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda evdə "Liverpool"dan 5 top buraxan "Porto" səfərdə qolsuz heç-heçəyə nail olub. Goal.az xəbər verir ki, matçdan sonra qonaqların qapıçısı İker Kasilyas "qırmızılar"ın azarkeşlərinə təşəkkürünü bildirib.

"Bu oyun Çempionlar Liqasında son oyunumdursa, məncə, heç də pis alınmadı. "Anfield"də qol buraxmadım. Sonra nə olacaq, deyə bilmərəm. "Liverpool" azarkeşlərinə oyuna həyəcan qatdıqlarıan görə təşəkkür edirəm. Onlar futbolçulara çox hörmət edirlər. Uzun zamandır bu turnirdə oynayıram. Belə stadiona gəlib alqışlanmaq inanılmaz bir şeydir".

Kasilyasın müqaviləsi mövsümün sonunda başa çatır. "Porto" məvacibinin yüksək olması səbəbindən onunla yeni anlaşma imzalamaq niyyətində deyil.