“CinemaPlus”da Azərbaycan istehsalı olan “Güc sahibi” mistik trillerin nümayişi olacaq - VİDEO


Digərləri 07 Mar 2018 17:11:21 181 0

“CinemaPlus”da Azərbaycan istehsalı olan “Güc sahibi” mistik trillerin nümayişi olacaq - VİDEO

Film macəra-dəhşət janr həvəskarları üçün əsl hədiyyə olacaq

“CinemaPlus” kinoteatrlar şəbəkəsində martın 15-dən etibarən Azərbaycan istehsalı olan “Güc sahibi” adlı mistik trillerin nümayişi olacaq. 

"Report" xəbər verir ki, film macəra-dəhşət janr həvəskarları üçün əsl hədiyyə olacaq.

Nərgiz Mahmudzadə filmin rejissoru, ssenari müəllifi və eyni zamanda baş qəhrəmanıdır.

Baş rolları Nərgiz Mahmudzadə, İlqar Musayev, Gülşən Hüseynli, Mehin Hümbətova və Sənan Əlləz ifa edirlər.

Film üç uşaqlıq dostundan bəhs edir. Dostlar Amerikadan gələn qız dostlarına ev kirayələyirlər. Ev kənardan adi görünsə də, qonşu evdə qəribə hadisələr baş verir. Bir gün dostlardan birinin ad günü düzənlənir və həmin əyləncə gecəsində çox şeylər məlum olur. Əsas hadisələr isə ad günündən sonra cərəyan edir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.