Şevçenko: "Qattuzo "Milan"a əzəmətini qaytardı"


İdman 07 Mar 2018 17:12:00 243 0

Şevçenko: "Qattuzo "Milan"a əzəmətini qaytardı"

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko 7 il şərəfini qoruduğu "Milan"ın hazırki durumundan danışıb. Goal.az xəbər verir ki, 41 yaşlı mütəxəsis sabiq komanda yoldaşı Cennaro Qattuzonun işini yüksək qiymətləndirib.

"O, "Milan"ın simasını dəyişdirdi və komandanın əzəmətini qaytardı. Qattuzo futbolçuların aqressiv və döyüşkən olmasını istəyir. "Rino" özü də bu tipdə futbolçu olub, bu məni təəccübləndirmir. O, meydanda hər millimetr uğrunda mübarizə aparırdı. Cennaro heç nədən qorxmur. Ona şans verildi və bundan yararlandı. Ümid edirəm ki, növbəti mövsüm "Milan"ı Avrokuboklara çıxaracaq".