Şri-Lanka sosial şəbəkələrə girişi məhdudlaşdırıb
Digərləri 07 Mar 2018 17:16:00 191 0
Şri-Lanka hökuməti ölkədə davam edən zorakılıq dalğası ilə əlaqədar sosial şəbəkələrə, xüsusilə də “Facebook”, “Instagram” şəbəkələrinə və “WhatsApp” messencerinə girişi məhdudlaşdırıb
Bakı.
Şri-Lanka hökuməti ölkədə davam edən zorakılıq dalğası ilə əlaqədar sosial şəbəkələrə, xüsusilə də “Facebook”, “Instagram” şəbəkələrinə və “WhatsApp” messencerinə girişi məhdudlaşdırıb.
Trend-in məlumatına görə, bu qərar “nifrət dolu çıxışların” qarşısının alınması üçün atılıb.
Qeyd olunur ki, iğtişaşların davam etdiyi Kandi əyalətində sosial şəbəkələrdəki yazılar nəzarətə alınıb.
Mənbə: az.trend.az