Rusiya XİN Xəzər sammitinə hazırlıqları şərh edib


Siyasət 07 Mar 2018 17:08:11 237 0

Rusiya XİN Xəzər sammitinə hazırlıqları şərh edib

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın rus, fars və ingilis dillərində olan mətnlərinin uyğunluğu yoxlanılıb

Rusiya Xarici İşlər Nazirliyi Xəzər sammitinə hazırlıqlarını şərh edib.

Rusiya XİN-in Mətbuat xidmətindən "Report"un Rusiya bürosuna verilən məlumata görə, 26 fevral - 1 mart tarixlərində Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası keçirilib.

İclasda Konvensiyanın rus, fars və ingilis dillərində olan mətnlərinin uyğunluğu yoxlanılıb.

"İclas zamanı Qazaxıstan tərəfi bu il Qazaxıstanda beşinci Xəzər sammitini çağırmaq istədiyini açıqlayıb. Tədbirin tarixləri hazırda diplomatik kanallar vasitəsilə razılaşdırılır", - XİN-dən bildiriblər.