Keçmiş xanımından Səmədin iddialarına cavab:


Şou-biznes 07 Mar 2018 16:54:00 288 0

Keçmiş xanımından Səmədin iddialarına cavab:

"Çox pisəm, neçə illərdir xəstəyəm. Yanıb-tökülürəm ki, bu qədər yalan olarmı? Sən, xalq artistisən, o uşağın ruhuna görə hər şeyi keçərdin".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Səməd Səmədovun keçmiş həyat yoldaşı Zərifə xanım "Hər şey daxil" verilişində deyib.

S.Səmədovun və keçmiş qonşusunun onun haqqında dediyi "Məni və oğlunu atıb cavan oğlanla qaçdı. Gecələr evə sərxoş gəlirdi" sözlərinə Zərifə xanım belə cavab verib:

"O, mənim üstümə indiki həyat yoldaşını alıb gətirmişdi. O vaxt mən sistemdə işləyəndə ordan götürüb qəzetə vermişdilər. O, danışan qadını mən heç vaxt görməmişəm. Bizim indi də köhnə qonşularla əlaqəmiz var. Xalq artistinə qapı-qapı gəzib, bunu demək yaraşarmı?