UEFA "Spartak"ın futbolçusuna cəza kəsmədi


İdman 07 Mar 2018 16:48:00 262 0

UEFA "Spartak"ın futbolçusuna cəza kəsmədi

UEFA Etika komitəsi "Spartak"ın U-19 komandasının futbolçusu Leonid Mironovla bağlı işi bağlayıb. Goal.az xəbər verir ki, 19 yaşlı müdafiəçinin cəzalandırılmaması qərara alınıb. Mironov UEFA Gənclər Liqasının qrup mərhələsində "Liverpool"a qarşı matçda rəqibin qaradərili hücumçusu Rayan Bryuqsterə qarşı irqçilikdə ittiham olunurdu. 17 yaşlı forvard final fitindən sonra referi Məhəmməd əl-Həkimə rasizmə məruz qaldığını bildirmişdi. Bundan sonra hər iki tərəfin futbolçuları bir-birinin əlini sıxmadan paltardəyişmə otağına yollanmışdı.

Etika Komitəsinin müfəttişi hər iki komandadan 5 futbolçunu, eləcə də 2 şahidi dinləyib. Onlardan heç biri irqçi söz eşitmədiyini bildirib. İttiham təsdiq olunsaydı, Mironov 10 oyunluq diskvalifikasiya edilə bilərdi.