Azərbaycanda daha 1 nəfərin prezidentliyə namizədliyi qeydə alındı


Digərləri 07 Mar 2018 16:17:00 203 0

Azərbaycanda daha 1 nəfərin prezidentliyə namizədliyi qeydə alındı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha 1 nəfərin prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Bakı. Elçin Mehdiyev – Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha 1 nəfərin prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb. Trend-in məlumatına görə, iclasda bildirilib ki, namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Orucun namizədliyinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb. Qeyd olunub ki, onun prezidentliyə namizədliyinin müdafiəsi üçün təqdim edilən imzalar və müvafiq sənədlər yoxlanılıb və onların namizədliyinin qeydə alınması üçün qanunverici əsasların mövcud olduğu müəyyən edilib. Daha sonra Z.Orucun prezidentliyə namizədliyi qeydə alınıb. Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin