“DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyat müddəti uzadılıb


Digərləri 07 Mar 2018 16:03:38 234 0

“DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyat müddəti uzadılıb

ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılıb.

Bakı. Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılıb. Əmanətlərin Sığortalanması Fondundan Trend-ə verilən məlumata görə, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorları öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: - kreditorun adı və ünvanı; - tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; - tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat. Kreditorlardan xahiş olunur ki, 6 mart tarixindən 30 (otuz) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna aşağıda qeyd edilən ünvana müraciət etsinlər: