Bu balaca qız cəhənnəmdə sağ qaldı VİDEO FOTO


Digərləri 07 Mar 2018 15:57:00 326 0

Bu balaca qız cəhənnəmdə sağ qaldı  VİDEO  FOTO

"Bura insanların, arzuların, ümidlərin öldüyü, həyatın heçə döndüyü bir cəhənnəmdir!"

Suriyanın paytaxtı Dəməşqin həndəvəri olan Şərqi Qutanın sakinləri belə deyirlər.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl gözəl məkan olan Şərqi Quta indi aramsız bombalanır, yerlə yeksan olur.

Prezident Bəşər Əsəd rejiminə qarşı çıxanların məskunlaşdıqları Şərqi Qutada hər gün onlarla, yüzlərlə həlak olur.

Dünən növbəti bombardmandan sonra darmadağın olmuş evin uçqunları arasında ölüləri və yaralıları axtaran xilasedicilər 9 aylıq qızı daşların arasından çıxarıblar.


Xəbərə aid fotolar