Nazilə Səfərli "Səni axtarıram"a çıxan gəlinindən DANIŞDI


Şou-biznes 07 Mar 2018 15:39:00 229 0

Nazilə Səfərli "Səni axtarıram"a çıxan gəlinindən DANIŞDI

Şairə Nazilə Səfərlinin qardaşı arvadı Pərvanə Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişinə çıxaraq ailəsi haqda qalmaqallı açıqlama verib.

Pərvanə xanım bildirib ki, həyat yoldaşından ayrılmasında baldızları və qayınanasının əli var. Gəlin iddia edib ki, əri ona xəyanət edib:

"Bundan sonra həyat yoldaşımdan ayrılmaq istədim. Bu zaman qaynanam mənə "get ata evinə" dedi.

Həmçinin gəlin diqqətə çatdırıb ki, bununla bağlı Nazilə Səfərlidən kömək istəsə də, ona heç bir yardım göstərməyib.