Xaçmazda istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlərdən danışılıb (FOTO)


Digərləri 07 Mar 2018 15:30:00 243 0

Xaçmazda istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlərdən danışılıb (FOTO)

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində istehlakçı hüquqlarına dair Konfrans keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə martın 7-də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində istehlakçı hüquqlarına dair Konfrans keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar. Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.