"Öldürüb atıblar" Meyiti dərədən tapılan gəncin dayısı VİDEO FOTO


Digərləri 07 Mar 2018 14:33:00 273 0

"Öldürüb atıblar"  Meyiti dərədən tapılan gəncin dayısı  VİDEO  FOTO

Bir neçə gün bundan əvvəl itkin düşən Cəlilabad sakininin meyiti rayonun Musalı kəndi ilə Ləkin kəndi arasındakı dağlıq ərazidə tapılıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, bunu görən kənd sakinləri dərhal polisə xəbər veriblər.

Hadisə yerinə gələn polis əməkdaşları onun bir müddət əvvəl itkin düşən Musalı kənd sakini, 22 yaşlı Sirus Nəsirov olduğunu təyin ediblər. Hadisə şahidlərinin sözlərinə görə, meyitin üzərində döyülmə izləri olub. Ehtimal olunur ki, naməlum şəxs və ya şəxslər onu döyərək qətlə yetiriblər.

Qeyd edək ki, Sirus Nəsirov mart ayının 2-də axşam saatlarında evdən çıxıb.Yaxınları 3 gün ərzində onu axtarsalar da tapa bilməyiblər.


Xəbərə aid fotolar