3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimin məhkəmə istintaqı yekunlaşdı


Digərləri 07 Mar 2018 14:37:00 286 0

3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimin məhkəmə istintaqı yekunlaşdı

Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses martın 14-ə təyin olunub.