Yaponiyanın baş naziri: "Putin əsl cüdoçudur"


Dünya 07 Mar 2018 14:22:00 282 0

Yaponiyanın baş naziri: "Putin əsl cüdoçudur"

Yaponiyanın Baş naziri Sindzo Abe Rusiya Prezidenti Vladimir Putini "əsl cüdoçu" adlandırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, S.Abenin bu fikirləri "Dünya düzəni 2018" sənədli filmində səsləndirilib.

O qeyd edib ki, Tokioda yerləşən əsas cüdo məktəbinə daxil olarkən insanların necə cüdoçu olub-olmadığı bilinir:

"Tatamiyə daxil olarkən cüdoçu dərindən baş əyir. V.Putin ölkə prezidenti olmasına baxmayaraq bu zala daxil olarkən baş əydi. Heç bir şübhə yoxdur ki, V.Putin əsl cüdoçudur".