Arif Alışanov təqsirləndirilən şəxsdən 4,5 milyon manat tələb edir - YENİLƏNİB-4


Sosial 07 Mar 2018 14:00:00 342 0

Arif Alışanov təqsirləndirilən şəxsdən 4,5 milyon manat tələb edir - YENİLƏNİB-4

Təqsirləndirilən şəxs: "Bu işin bir ucu gedib Eldar Mahmudova çıxır"

"Report"un məlumatına görə, təqsirləndirilən S.Əkbərov dindirilən zaman söyləyib ki, maşınında tapılan silahlar özünə aid deyil: "Həmin silahları mənim maşınıma qoyublar. Mən heç əsgərlikdə avtomat da atmamışam".

O, A.Alışanovu öldürmək istəmədiyini, onun əmlaklarını mənimsəmədiyini və günahsız olduğunu deyib: "Onu öldürməklə mən nə qazanacaqdım ki? Arif Alışanov Şamaxıya gəlib torpaq alanda mənə pul verirdi. Mən tək ona torpaq almaqda yardımçı olmamışam, bir neçə tanınmış şəxsə də torpaq almaqda köməklik etmişəm. Bu işləri bura gətirib çıxaran Hacıdır (Arif Alışanovun sürücüsü Hacı Balayev). Hər şeyi o etdi".

Prokurorun suallarını cavablandıran S.Əkbərov qeyd edib ki, torpaq almaq üçün A.Alışanovdan ayrı-ayrılıqda 300 min, 19 min və 35 min manat pul alıb: "Digər alqı-satqı məsələlərdə Hacı olub. Pulu da o gətirirdi. Mən həm torpaq satandan, həm də torpaq alandan pul almışam. Sənədləşmə işlərini mən aparmırdım.

Məhkəmənin növbəti iclası martın 14-nə təyin edilib.

*** 13:11

Bakı. 7 mart.