Növbəti Bakı Şopinq Festivalının tarixi məlum oldu


Digərləri 07 Mar 2018 13:52:00 302 0

Növbəti Bakı Şopinq Festivalının tarixi məlum oldu

Bakıda üçüncü dəfə təşkil olunacaq Şopinq Festivalının tarixi açıqlanıb.

Son.az xəbər verir ki, Azərbaycan Konqreslər Bürosundan Trend-ə verilən məlumata görə, növbəti ticarət festivalı mayın 1-dən 31-dək keçiriləcək. Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək.

Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə, "Baku Shopping Festival - Tax- Free" nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına - karta köçürmə yolu ilə əldə etmək mümkündür.