Bakı məktəbində möhtəşəm Novruz tədbiri FOTO


Digərləri 07 Mar 2018 13:54:00 364 0

Bakı məktəbində möhtəşəm Novruz tədbiri  FOTO

Bakının 81 saylı məktəbi Novruz bayramına həsr olunmuş möhtəşəm tədbir keçirmişdir.

Son.az bildirir ki, Novruz bayramı baharın gəlişi ilə əlaqədar qeyd edilir və fərəhli bir hadisəyə - qışın başa çatmasına və baharın gəlməsinə həsr olunur. Təbiətin oyanması Novruz bayramından başlayır və Azərbaycan xalqı onu təntənə ilə qeyd edir. Bakının 81 saylı məktəbində milli bayramımız olan Novruzu qeyd etmək artıq ənənə halını alıb və bu il də istisna olmadı. Möhtəşəm tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirə Bakı şəhər Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva, Təhsil idarəsinin əməkdaşları, Sabunçu rayonu İcra Hakimiyyəti başçısının müavinləri Rəna Fərəcova və Güloğlan Məmmədov, Zabrat, Kürdaxanı və Pirşağı qəsəbələrinin icra hakimiyyətlərinin nümayəndələri qatılmışlar. Tədbirdə çıxış edən Bakı şəhər Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmişdir. O, bu bayramın hər evə, hər ocağa bolluq gətirməsini, hər kəsə sevinc bəxş etməsini arzu etdi. Sabunçu rayonu İcra Hakimiyyəti başçısının müavinləri Rəna Fərəcova uşaqları Novruz bayramı münasibətilə təbrik etdi və onlara ölkəmizin layiqli vətəndaşları olmağı arzuladı. R.Fərəcova öz təbrikində onu da vurğuladı ki, bahar bayramı ölkəmizin hər bir guşəsində əsl ümumxalq bayramı kimi qeyd edilir və xalqımız çiçəklənən gələcəyin, sabit, dinc yaşayışın təmin edilməsini və tərəqqini prezidentimiz İlham Əliyevin düzgün, düşünülmüş siyasətində görür və bu yolu ürəkdən dəstəkləyir. Uşaqlar səhnədə improvizə edilmiş tonqal, şirniyyat dolu sini qablar qurdular. Al-əlvan milli geyimlərdə olan məktəblilər bahara həsr olunmuş şeirlər dedilər, Azərbaycan xalq mahnıları oxudular, qonaqlara Novruz bayramının adət və ənənələrindən söz açdılar. Kosanın, Keçəlin və Bahar qızın çıxışları bayram iştirakçılarının əhval-ruhiyyəsini birə-min qaldırdı.


Xəbərə aid fotolar