Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin dördtərəfli görüşü keçiriləcək


Siyasət 07 Mar 2018 13:56:00 234 0

Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin dördtərəfli görüşü keçiriləcək

Mart ayının ortalarında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri gözlənilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə məlumatlı mənbə bildirib.

Nazir Azərbaycan, İran, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin dördtərəfli görüşündə iştirak etmək məqsədilə Bakıya gələcək.

Məlumata görə, səfər 14-15 mart tarixlərində planlaşdırılır.

Qeyd edək ki, M.C.Zərif azərbaycanlı və türkiyəli həmkarları ilə birgə 2017-ci ilin dekabrında Bakıda üçtərəfli iclasda iştirak etmişdi.