Arif Alışanov təqsirləndirilən şəxsdən 4,5 milyon manat tələb edir - YENİLƏNİB-3
Sosial 07 Mar 2018 13:11:00 337 0
Təqsirləndirilən şəxs: "Bu işin bir ucu gedib Eldar Mahmudova çıxır"
"Report"un məlumatına görə, o, qeyd edib ki, A.Alşanovu 2007-ci ildən tanıyır: "Arif Alışanov Şamaxıya torpaq almağa gəlirdi. Mən də orada "makler"lik edirdim. Bunun əvəzində pulumu alırdım. Pulları onun kürəkəni gətiridi. Bir müddət problemimiz olmadı. 2011-ci ildə Arif Alşanov mənə zəng edib dedi ki, kürəkəni Fəridin adına olan torpaqları öz həyat yoldaşı Mehriban xanımın adına keçirim. Sən demə qızı kürəkəni Fəriddən boşanırmış. Torpaqları qadının adına keçirdik".
O dindirilən zaman söyləyib ki, 2013-cü ildə Şamaxıda 6 hektar torpaq alınıb: "Ümumilikdə alınan torpaqlar onun qızlarının, ailə üzvlərinin, sürücüsü Hacı Balayevin adında olub. Torpaqlar kimin adından kimin adına keçməsini də bilirəm. 6 hektara alınan torpaq isə Hacının adına qeydiyyatda olub".
Təqsirləndirilən şəxs bildirib ki, A.Alşanovun 2011-ci ildə Şamaxıda ümumilikdə 120 hektar torpaq sahəsi olub.
O ifadəsində vurğulayıb ki, A.Alışanov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudoun yaxın adamı olub: ""MTN işi"ndə o, aradan çıxdı. Əslində onun da adı bu işdə hallanırdı. Bunlar öz cinayətlərini örtbasdır etdilər. Mənim əlimdə faktlar da var".
*** 12:16
"Report"un xəbərinə görə, prosesdə təqsirləndirilən S.Əkbərovun vəkili vəsatət qaldırıb. O qeyd edib ki, müvəkkilinin səhhətində problem var və buna görə də onun barəsində tibbi ekspertiza keçirilməlidir.
Təqsirləndirilən S.Əkbərov da səhətində problem olduğunu, tibbi ekspertizanın keçirilməsini istəyib: "Bu iş yaxşı araşdırılmalıdır, bunun bir ucu gedib, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova çıxır".
Məhkəmə müşavirə otağına yollanıb. Müşavirədən sonra vəsatətin təmin edilmədiyi elan olunub..
Daha sonra dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə S.Əkbərov, Q.Cəbiyev və Z.Şirinov özlərini təqsirli bilmədiklərini deyiblər. Onlardan yalnız A.Hüseynov özünü qismən təqsirli bildiyini söyləyib.
*** 11:56
Bakı. 7 mart.