AzTV sədri 4,5 milyonluq ziyanın ödənilməsini istədi


Digərləri 07 Mar 2018 13:12:00 256 0

AzTV sədri 4,5 milyonluq ziyanın ödənilməsini istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri"QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Şücayət Əkbərov vəsatətlə çıxış edərək Arif Alışanovun məhkəmə baxışında iştirak etməsini istəyib. O, A. Alışanov və onun qızı Nigar Alışanova, həmçinin sürücülərinin məhkəmə iclasında iştirakının təmin edilməsinə görə prosesin təxirə salınmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Hakim bildirib ki, A. Alışanov iddia ərizəsi ilə məhkəməyə müraciət edib. A. Alışanov  4 milyon 500 min manat məbləğində dəymiş ziyanın təqsirləndirilən Şücayət Əkbərov tərəfindən ödənilməsini istəyib.