Yunuslar antimilli fəaliyyətlərinin acı nəticələri…


Siyasət 07 Mar 2018 13:20:00 244 0

Yunuslar antimilli fəaliyyətlərinin acı nəticələri…

Yunuslar antimilli, antiAzərbaycançı ermənipərəst əməllərinin və fəaliyyətlərinin acı nəticələrini yaşayırlar. Onların 1988-ci ildən bu yana 27 il ərzində həyata keçirdikləri fəaliyyətlərin, qanunsuz və cinayətkar əməllərin axırı məhz bu cür məntiqi sonluqla yekunlaşmalıydı, onlar bir gün öz əməllərinə cavab verməliydilər və verdilər də.

Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barədə çıxarılan məhkəmə hökmü bir sıra maraqlı dairələri "narazı" salıb. Öz məkrli niyyətlərini həyata keçirmək üçün geninə-boluna istifadə etdikləri Yunusların cəzalarına çatması antiAzərbaycan qüvvələrinin yuxusunu ərşə çəkib. Artıq bu qüvvələr hərəkətə keçərək Yunusların məhkəmə prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğuldur...

Saflig.com