Qubada "Hündür günbəzli hamam" təmirbərpa olunur FOTO


Digərləri 07 Mar 2018 12:44:00 266 0

Qubada "Hündür günbəzli hamam" təmirbərpa olunur  FOTO

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Quba şəhərində yerləşən "Hündür günbəzli hamam"da təmir-bərpa işləri həyata keçirilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

"Hündür günbəzli hamam" Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Abidə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə bərpa olunur.


Xəbərə aid fotolar