MSK sədri Milli Şuranın martın 10na təyin edilən mitinqinə münasibət bildirdi


Siyasət 07 Mar 2018 12:32:00 242 0

MSK sədri Milli Şuranın martın 10na təyin edilən mitinqinə münasibət bildirdi

"Siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Şuranın martın 10-na təyin edilən mitinqinə münasibət bildirərkən deyib.

M.Pənahov bildirib ki, təşviqatla bağlı kütləvi aksiyalar, təşviqat prosesi martın 19-dan tez başlamamalıdır: "Ancaq siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir. Əlbəttə, kimsə küçələrə çıxıb seçki ilə bağlı təşviqat aparırsa, seçki ilə bağlı hansısa namizədə münasibət bildirirsə, bu, artıq Seçki Məcəlləsinin tələblərinin pozulmasıdır. Seçki ilə bağlı hərəkətlər də MSK-nın səlahiyyətində olan məsələlərdir. Digər məsələlər barədə isə MSK fikir bildirmir, ümumiyyətlə, fikir bildirmək səlahiyyətimiz də yoxdur".

MSK sədri hesab edir ki, siyasi partiyalar kifayət qədər təcrübəli partiyalardır: "İnanmıram ki, kimsə bilə-bilə seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələbini pozsun".