Heroinlə saxlanılan şəxsin digər cinayətlərinin də üstü açıldı FOTO


Digərləri 07 Mar 2018 12:25:00 300 0

Heroinlə saxlanılan şəxsin digər cinayətlərinin də üstü açıldı  FOTO

Sabunçu rayonunda 2 kiloqramdan artıq heroinlə saxlanılan şəxsin silsilə mənzil oğurluqları törətdiyi də məlum olub.

DİN-dən Son.az-a verilən məlumat görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanlı qəsəbə sakini Seymur Zeynalov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərində keçirilən şəxsi axtarış zamanı 16,415 qram narkotik vasitə olan heroin aşkar edilib. Axtarış tədbirlərinin davamı olaraq S.Zeynalovun əlindəki çantadan 2200 avro, 246 manat, habelə 30 ədəd qapı açarı və 7 ədəd müxtəlif  növ medal müəyyən olunaraq götürülüb. Saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman isə əlavə olaraq gizlətdiyi 2 kiloqram 250 qram heroin də aşkar olunub.

S.Zeynalov ifadəsində Sabunçu, eləcə də digər rayonların ərazilərində silsilə mənzil oğurluqları törətdiyini və üzərindən aşkar olunan pul və qiymətli əşyaları həmin cinayətlər nəticəsində ələ keçirdiyini bildirib.


Xəbərə aid fotolar