Mahrezin sosial şəbəkə hesabından karyerasını bitirdiyi açıqlandı


İdman 07 Mar 2018 12:09:00 304 0

Mahrezin sosial şəbəkə hesabından karyerasını bitirdiyi açıqlandı

"Leicester City"nin əlcəzairli yarımmüdafiəçisi Riyad Mahrezin feysbuk hesabı hakerlər tərəfindən ələ keçirilib. Goal.az xəbər verir ki, profili sındıran şəxslər 27 yaşlı havbekin adından yazı paylaşıb. Burda futbolçunun həkimlərlə məsləhətləşdikdən sonra karyerasını bitirmək qərarına gəldiyi qeyd olunur. Paylaşımdan 5 saat öncə isə Mahrez "Bournemouth"a vurduğu qolun vidosunu paylaşıbmış. Ötən qış futbolçu "Manchester City"nin transfer hədəfində olsa da, "Leicester" onu buraxmamışdı. Etiraz əlaməti olaraq yarımmüdafiəçi 1 həftə məşqlərə qatılmamışdı.