MSK: "Prezident seçkilərində müşahidə aparmaq üçün kifayət qədər təşkilat və ölkə parlamentlərinə dəvət göndərilib"


Siyasət 07 Mar 2018 12:06:00 312 0

MSK: "Prezident seçkilərində müşahidə aparmaq üçün kifayət qədər təşkilat və ölkə parlamentlərinə dəvət göndərilib"

"Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq üçün dünya ölkələrinə və beynəlxalq təşkilatlara dəvət göndərilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, həm Milli Məclis, həm Xarici İşlər Nazirliyi, həm də Mərkəzi Seçki Komissiyası prezident seçkilərində müşahidə aparmaq üçün kifayət qədər təşkilat və ölkə parlamentlərinə dəvət göndərib.

M.Pənahov bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun missiyası müşahidəçi kimi sabahdan fəaliyyətə başlayacaq.