Amerikalı ekspert: "Vaşinqton Cənub Qaz Dəhlizini daha fəal şəkildə dəstəkləməlidir"


Siyasət 07 Mar 2018 11:53:11 287 0

Amerikalı ekspert: "Vaşinqton Cənub Qaz Dəhlizini daha fəal şəkildə dəstəkləməlidir"

ABŞ dövlət katibi Reks Tillersonun Bakıya mümkün səfəri Azərbaycanla ABŞ arasında enerji sahəsindəki əməkdaşlığı gücləndirərdi

ABŞ Dövlət Departamentində 2017-ci ilin yanvar ayına qədər Karlos Paskual və Amos Hokştaynın peşəkar səviyyədə çalışdığı beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və koordinator mövqeyi tezliklə doldurulmalıdır.

"Report" xəbər verir ki, bu barədə amerikalı ekspert Piter Teys "Eurasia Review" nəşrində dərc olunmuş məqaləsində yazıb.

Müəllif qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın 2017-ci ilin may ayında Bakıda keçirilən "Xəzər dənizinin neft və qazı" beynəlxalq sərgi və konfransının iştirakçılarına dəstək məktubunda Birləşmiş Ştatların Cənub Qaz Dəhlizi layihəsinə sadiq olduğu və Azərbaycanın, onun beynəlxalq tərəfdaşlarının layihənin həyata keçirilməsi üzrə səylərini alqışladığı göstərilib.

Onun sözlərinə görə, D.Tramp administrasiyası və rəsmi Vaşinqton bütün avropalı tərəfdaşlarına bu layihəni dəstəklədiyini göstərmək üçün əlavə addımlar atmalıdır.

Ekspert həmçinin vurğulayıb ki, ABŞ dövlət katibi Reks Tillersonun Bakıya mümkün səfəri Azərbaycanla ABŞ arasında enerji sahəsində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin həyata keçirilməsi ilə əsası qoyulan əməkdaşlığı gücləndirərdi.

"Rəsmi Vaşinqtonun atdığı addımlar bu layihənin nə Moskvanın, nə də Tehranın təzyiqlərinin qurbanı olmadığını təsdiq edəcək", - analitik fikrini tamamlayıb.