Qubada "Hündür günbəzli hamam" təmir-bərpa olunur (FOTO)


Digərləri 07 Mar 2018 11:41:15 214 0

Qubada "Hündür günbəzli hamam" təmir-bərpa olunur (FOTO)

Qubada "Hündür günbəzli hamam" təmir-bərpa olunur

Bakı. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Quba şəhərində yerləşən “Hündür günbəzli hamam”da təmir-bərpa işləri həyata keçirilir. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib. “Hündür günbəzli hamam” Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.