“Seçki-2018” Müstəqil Media Mərkəzinin təqdimat mərasimi keçirilib


Digərləri 07 Mar 2018 11:18:00 154 0

“Seçki-2018” Müstəqil Media Mərkəzinin təqdimat mərasimi keçirilib

Prezidentliyə qeydə alınmış namizədlər öz seçkiqabağı təşviqat materillarını mərkəzdə yerləşdirə bilərlər

Bu il aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) yaratdığı “Seçki-2018” Müstəqil Media Mərkəzinin təqdimat mərasimi keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə MSK sədri Məzahir Pənahov, komissiya üzvləri və katibliyin təmsilçiləri iştirak ediblər. 

Müstəqil Media Mərkəzində yaradılan şəraitlə tanış olan MSK sədri Məzahir Pənahov yerli və və beynəlxalq kütləvi informasiya vasitələrinin sərbəst və asanlıqla məlumat əldə etmələri, habelə digər seçki prosesi iştirakçılarına daha keyfiyyətli və səmərəli xidmət göstərmək üçün tövsiyələrini verib.

Media Mərkəzinin məqsədi 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, exit-poll keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici jurnalistlərə operativ şəkildə çatdırmaqdır.

Mərkəzin sechki-2018.az saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Bu saytda, həmçinin seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir. Eyni zamanda, seçkilərlə bağlı foto və video görüntülər təqdim edilir.

“Seçki-2018” Müstəqil Media Mərkəzində media təmsilçiləri üçün komputerlər, telefon və faks aparatları quraşdırılıb. Həmçinin onlar pulsuz və fasiləsiz internetdən də istifadə edə bilər. Prezident seçkiləri dövründə 24 saat ərzində fəaliyyət göstərəcək Müstəqil Media Mərkəzi mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün də açıqdır. Prezidentliyə qeydə alınmış namizədlər öz seçkiqabağı təşviqat materillarını mərkəzdə yerləşdirə bilərlər.