"BP" yaxın illərdə neftin qiymətinə dair proqnozunu açıqlayıb


İqtisadiyyat 07 Mar 2018 11:19:43 243 0

"BP" yaxın illərdə neftin qiymətinə dair proqnozunu açıqlayıb

Qiymətlər uzun müddət aşağı səviyyədə qalacaq

Neftin qiymətinin yaxın bir neçə ildə 50-65 dollar/barel arasında dəyişməsi ən real variant kimi kimi görünür. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu proqnozla dünyanın nəhəng neft şirkətlərindən biri olan "BP"nin rəhbəri Bob Dadli (Bob Dudley) ABŞ-ın Hyuston şəhərində keçirilən "CERAWeek" neft-qaz konfransında çıxış edib. 

"Neftin qiymətinə dair proqnoz vermək çətinbdir. Lakin, düşünürəm ki, 50-65 dollar/barel diapazonu müəyyənləşəcək", - deyə o, qeyd edib. 

Xatırladaq ki, "BP" rəhbəri, Beynəlxalq Enerji Agentliyi (IEA) kimi neftin gələcək qiymətləri ilə bağlı "uzun müddət aşağı" proqnozunu müdafiə edir.