Anjey Kaspşik Dağlıq Qarabağa gəlib


Siyasət 07 Mar 2018 11:03:00 242 0

Anjey Kaspşik Dağlıq Qarabağa gəlib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Son.az report-a istinadən xəbər verir ki, o, Xankəndində separatçı rejimin nümayəndələri ilə görüşüb.

Görüşdə qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunub. 

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.