Azərbaycanlı məktəbli iki erməni idmançını məğlub edərək I yerə layiq görülüb


Sosial 07 Mar 2018 10:21:00 228 0

Azərbaycanlı məktəbli iki erməni idmançını məğlub edərək I yerə layiq görülüb

Fəhmin İdrisov beynəlxalq turnirin qalibi olub

Bakı şəhərinin məktəblisi Gürcüstanda idmanın kikboksinq növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Belə ki, idarənin tabeliyindəki 232 nömrəli tam orta məktəbin V sinif şagirdi Fəhmin İdrisov 33 kiloqram çəki dərəcəsilə bütün rəqibləri üzərində qələbə qazanıb. F.İdrisov medal və diplomla təltif olunub. Yarışda məktəblinin məğlub etdiyi rəqibləri arasında 2 erməni idmançı da olub.

Qeyd edək ki, 7 ildir kikboksinq idman növü ilə məşğul olan istedadlı məktəbli bir sıra ölkədaxili və beynəlxalq turnirlərə qatılıb. Türkiyə və Gürcüstanda təşkil olunan beynəlxalq turnirlərdə dəfələrlə qızıl medala layiq görülüb. Ümumilikdə, 28 yarışda iştirak edən F.İdrisov 22 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.