Bakıda iki azyaşlı uşaq dəm qazından boğularaq öldü


Digərləri 07 Mar 2018 10:13:00 279 0

Bakıda iki azyaşlı uşaq dəm qazından boğularaq öldü

Azərbaycanda dəm qazı daha iki uşağın ölümünə səbəb olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakıda İmran Qüdrətovun ailəsində baş verib.

Məlumata görə, evə gələn ata həyat yoldaşı və uşaqları Dinarə Qüdrətova və Binyamin Qüdrətovu halsız vəziyyətdə aşkarlayıb. O, dərhal arvadını və uşaqlarını xəstəxanaya yerləşdirib.

Uşaqların həyatını xilas etmək mümkün olmayıb. Ana hazırda xəstəxanadadır.

Dünyasını dəyişən uşaqlar Astara rayonunun Şüvi kəndində dəfn olunublar.