Bakı məktəblisi beynəlxalq turnirdə I yeri tutub


Digərləri 07 Mar 2018 10:12:59 179 0

Bakı məktəblisi beynəlxalq  turnirdə I yeri tutub

Paytaxt məktəblisi Gürcüstanda idmanın kikboksinq növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.

Bakı. İlhamə İsabalayeva - Paytaxt məktəblisi Gürcüstanda idmanın kikboksinq növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, 232 nömrəli tam orta məktəbin V sinif şagirdi Fəhmin İdrisov 33 kiloqram çəki dərəcəsilə bütün rəqibləri üzərində qələbə qazanıb. F.İdrisov medal və diplomla təltif olunub.