Azərbaycanlıların ortaq olduğu şirkət 145 milyona böyük ərazi aldı FOTO


Digərləri 07 Mar 2018 10:10:00 289 0

Azərbaycanlıların ortaq olduğu şirkət 145 milyona böyük ərazi aldı  FOTO

İstanbulda Carrefoursa adlı hipermarket, avtopark və ticarət mərkəzindən ibarət olan 63 min kvadratmetrlik ərazi 145 milyon lirəyə satılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ərazini azərbaycanlı və qətərli iş adamlarının ortaq olduğu "Re-Pie" Əmlak İnvestisiya Fondu (Re-Pie Gayrimenkul Yatırım Fonu) alıb. 

Fondun rəhbəri Həsən Bayhan ərazini aldıqlarını təsdiqləyib. O, bildirib ki, ərazinin gələcəkdə baha qiymətə satılması, kirayə verilməsi və ya orada univetsitet, xəstəxana tikilməsi nəzərdə tutulur: "Biz bu ərazinin qiymətinin 400-500 milyon lirəyə qalxmasını gözləyəcəyik".


Xəbərə aid fotolar