Bakıda sürücü qaydanı kobud şəkildə pozdu


Digərləri 07 Mar 2018 09:58:00 270 0

Bakıda sürücü qaydanı kobud şəkildə pozdu

Bakının Nəsimi rayonu ərazisində zəncirvari yol qəzasa baş verib.

Son.az report-a istinadən xəbər verir ki, qəzaya Mirəli Qaşqay küçəsində yol nişanının tələbinə əməl etməyən "90-NA-690" dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobilin sürücüsü səbəb olub.

O, Abbasqulu Ağa Bakıxanov küçəsində yüksək sürətlə hərəkət edən "BMW" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən BMW də yol kənarında dayanmış "99-CE-514" dövlət qeydiyyat nişanlı "Opel"ə dəyib. Hadisə nəticəsində hər üç avtomobil deformasiyaya uğrayıb.

Qəza yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Baş vermiş qəza ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.


Xəbərə aid fotolar