Xilasedicilər üçün “ağıllı gödəkcə” yaradıldı


Digərləri 07 Mar 2018 08:45:00 245 0

Xilasedicilər üçün “ağıllı gödəkcə” yaradıldı

İspaniyanın Barselona şəhərində mobil sənayenin ən böyük sərgisi olan "Mobile World Congress 2018"də xilasedicilər və polislər üçün "ağıllı gödəkcə" təqdim olunub.

Son.az lent.az-a istinadən xəbər verir ki, gödəkçəni "Nokia" şirkəti Cənubi Koreyanın "Kolon" geyim şirkəti ilə birgə hazırlayıb.

"CHASE Life Tech FR" zahirən polis və yanğınsöndürənlərin parlaq gödəkcələrinə bənzəyir. Əsas fərq onun ürək döyüntüsünün tezliyini və bədən temperaturunu qeydə alan modulyar sensorlar, GPS və akselerometrlə təchiz edilməsindədir. Onların əvəzinə konkret vəziyyətdə lazım olacaq sensorlar (məsələn, dəm qazı sensorları) quraşdırmaq mümkündür.